Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp türk həkim Mehmet Özü mühüm posta namizəd göstərdi

Tarix: 20-11-2024 08:37     Baxış: 3263 A- / A+
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Tramp bu haqda açıqlamanı “Truth” sosial media platformasındakı hesabında verib.

Tramp ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib. lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar