Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Abxaziya rus işğalından qurtulur, təhlükə var - Mişa

Tarix: 18-11-2024 22:49     Baxış: 342 A- / A+
Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var.

Bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Abxaziyada baş verən proseslər haqda sosial şəbəkə hesabında qeyd edib.

“Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar və bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir.

Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib abxaziyalara rəğbətini yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Abxaziyada Suxumi və Moskva arasında mübahisəli investisiya sazişinin ləğvi tələbi ilə başlayan etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiya zamanı etirazçılar hökumət binaları kompleksini ələ keçiriblər və “prezident” Bjaniyanın istefasını tələb edirlər.

Aslan Bjaniya isə Suxumidən qaçaraq, doğulduğu Tamış kəndinə sığınıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar