Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kirkorov 400 manata görə axtarışa verildi

Tarix: 15-11-2024 11:47     Baxış: 3263 A- / A+


Rusiyanın xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.
Manevr.az xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.
Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli "Rolls-Roys" avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox - red.) çatıb.
Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar