Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır” - Bayraktar

Tarix: 12-11-2024 23:02     Baxış: 358 A- / A+
Türkiyə Zəngəzur dəhlizinin, o cümlədən onun enerji komponentinin açılmasında maraqlıdır.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən (təchizat), həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, həm bizim üçün, həm də Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm", - A.Bayraktar bildirib.

O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də toxunub.
"Biz indi "yaşıl transformasiya”ya həsr olunmuş iqlim konfransındayıq. Hamı iqlim dəyişikliyi haqqında nələrsə danışır. Edəcəyimiz ən vacib şey ölkələr və regionlar arasında kommunikasiyaları (interkonnektorları) genişləndirməkdir. Ən mühüm qarşılıqlı əlaqə isə külək enerjisi üzrə böyük potensialı olan Xəzər dənizidir. Yanılmıramsa, Dünya Bankının məlumatına görə, bu potensial 7 500 MVt təşkil edir", - nazir qeyd edib.
O, Türkiyəyə və bu dəhliz vasitəsilə Avropaya böyük həcmdə “yaşıl enerji” tədarükünü nəzərdə tutan layihənin miqyasını qeyd edib.

"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik", - A.Bayraktar əlavə edib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar