Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Donald Trampı ABŞ seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyi niyə planlaşdırmadığını açıqlayıb.
Manevr.az xəbər verir ki, Peskov Putinin Trampı təbrik etmək fikrində olmadığını bildirib.
“Xatırladıram ki, söhbət bizə dost olmayan və Ukrayna münaqişəsində iştirak edən ölkədə keçirilən seçkidən gedir”, - Peskov vurğulayıb.
Qeyd edək ki, ABŞ seçkilərində səsvermə başa çatıb. Rəsmi olaraq, nəticələr hələ ümumiləşdirilməyib, lakin ABŞ mediasının proqnozlarına görə, Tramp artıq 270-dən çox seçici səsini toplayıb ki, bu da qalib gəlmək üçün kifayətdir. Tramp artıq özünü ABŞ-nin 47-ci prezidenti elan edib. Nümayəndələr Palatasının spikeri Mayk Conson onu seçilmiş dövlət başçısı adlandırıb. Tramp bu münasibətlə xarici liderlərdən təbriklər alıb. Lakin Rusiya Prezidenti Vladimr Putin Trampı təbrik etməyib.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar