Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

III Dünya müharibəsi başlasa, ən təhlükəsiz ölkələr hansılar olacaq? - SİYAHI

Tarix: 05-11-2024 17:41     Baxış: 346 A- / A+
III Dünya müharibəsi başlasa, ən təhlükəsiz ölkələr hansılar olacaq? (SİYAHI)
Dünyada artan münaqişələr və regional gərginlik III Dünya müharibəsi ehtimalını gündəmə gətirib. Mümkün dünya müharibəsi zamanı sığınmağın  mümkün ola biləccəyi ölkələrin siyahısı tərtib edilib.

Manevr.az
xəbər verir ki, İsrailin Qəzzaya hücumları və İranla münaqişələri, Afrikada vətəndaş müharibələri və Rusiya ilə Ukrayna arasında davam edən müharibə, Çin və Tayvan arasında gərginlik təhlükəsizliklə bağlı narahatlıqları ən yüksək səviyyəyə qaldırıb. Bütün dünyada münaqişələr və artan regional gərginlik III Dünya müharibəsinin yaxılaşmasına dair qiymətləndirmələrə səbəb olub.

"Mirror" qəzetində yer alan xəbərə görə, bəzi insanlar artıq ən pis ssenari üçün hazırlıqlara başlayıb. Silikon Vadisindən olan texnologiya mütəxəssisləri, mümkün müharibə vəziyyətindən xilas olmaq üçün şəxsi təyyarələri icarəyə götürdüklərini bildiriblər.

Xəbərdə III Dünya müharibəsi başlayarsa, təhlükəsiz qalacaq ölkələrin siyahısı da yer alıb.

Yeni Zellandiya - Ən yaxın Avstraliyadan təxminən 1500 km uzaqlıqda olan Yeni Zelandiyanın III Dünya müharibəsinin mümkün fəlakətlərindən qaçmaq üçün ideal məkana çevrildiyi bildirilir. Nüvə müharibəsi zamanı Yeni Zelandiyanı "ən təhlükəsiz yerlərdən" biri hesab edən təhlükəsizlik şəbəkəsi "Rethinking Security" iddia edir ki, bu, nüvə partlayışının təsirlərindən nisbətən qorunacaq və qida izafi istehsal edir, buna görə də aclıqdan ölmək ehtimalı azdır.Süni intellektin qabaqcıllarından biri olan "OpenAI" şirkətinin baş direktoru Sem Altman, "PayPal"ın həmtəsisçisi Peter Tiel ilə vəziyyət pisləşəcəyi halda ABŞ-dan qaçıb Yeni Zelandiyadakı 477 hektarlıq ərazisinə sığınmaq üçün müqavilə bağladığını bildirir.

İslandiya - Böyük Britaniyaya yaxınlığı ilə tanınan Skandinaviya ölkəsi İslandiyanın III Dünya müharibəsinin başlaması vəziyyətində Yeni Zelandiyaya bənzər qoruma üstünlüyü təmin edəcəyi bildirilib. Qeyd edilir ki, İslandiya Şotlandiyadan təqribən 800 km, Norveçdən təxminən 950 km və dünyanın qalan hissəsindən çox uzaqda olmağın üstünlüklərindən istifadə edir. 2022-ci ildə 380 min əhalisinin və Yeni Zelandiya kimi təbii sərvətlərə çıxışının İslandiyanı III Dünya müharibəsindən qaçanlar üçün yaxşı bir seçim etdiyi ifadə edilib.

Çili - İqtisadi cəhətdən qonşularından daha inkişaf etmiş Cənubi Amerika ölkəsi Çilinin III Dünya müharibəsinə qarşı sığınacaq tapmaq üçün ideal yer olduğu bildirilib. Qeyd edilib ki, Çili 5 milyonluq əhaliyə, eləcə də təbii sərvətlərə və müharibədən sağ çıxa biləcək ən uzun torpaq zolağına malikdir.

Fici - Sakit okean ölkəsi Fici müharibə zamanı daha isti iqlim istəyənlər üçün tövsiyə edilib. Siyahıda olan və Yeni Zelandiyadan təxminən 2 min km uzaqlıqda 100 adadan ibarət olan Ficinin cəmi 900 min əhalisi olduğu vurğulanıb. Müharibədən qaçmaq istəyən insanlar üçün təbii ehtiyatlara malik olması Fici haqqında verilən məlumatlar arasındadır.(Qaynarinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar