Xəbər lenti
Arktikadakı bu ada qlobal istiləşmə səbəbindən yoxa çıxıb
Arktikada qlobal istiləşmə ilə əlaqədar olaraq Frans İosif Torpağı arxipelaqının bir hissəsi olan Mesyatsev adası kimi tanınan buz təbəqəsi tamamilə yox olub.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytı məlumat yayıb.
"Arktikadakı Frans İosif Torpaq arxipelaqının Eva-Liv adası ərazisində əvvəllər Mesyatsev adası adlanan buz təbəqəsi yoxa çıxıb, 2020-2022-ci illərdə ada tamamilə əriyib. Bu, naviqasiya xəritələrinin korreksiyasını tələb edir", deyə texnika elmləri namizədi Aleksey Kuçeiko bildirib.
Qeyd olunur ki, adanın yoxa çıxmasına qlobal istiləşmə səbəb olub. Dəyişiklik peyk şəkilləri sayəsində izlənilib.
Peyk çəkilişlərinə görə, Mesyatseva adası 1995-ci ilə qədər Eva-Liv adasındakı buzlağın əriməsi nəticəsində eyniadlı yarımadadan ayrılıb. Bu fakt 2018-ci ildə Arktika Arxipelaqları layihəsinin ekspedisiyası, 2021-ci ildə isə Rusiya Arktika Milli Parkının əməkdaşları tərəfindən təsdiqlənib.
19 avqust 2015-ci il tarixinə Mesyatsev adasının sahəsi təxminən 53 hektar idi.qaynarinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar