Xəbər lenti
Harris qalib gəlsə, ABŞ böyük depressiya ilə üz-üzə qalacaq - Tramp
Demokratların namizədi Kamala Harrisin ABŞ prezident seçkilərində qələbəsi ölkəni 20-ci əsrin birinci yarısındakı böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhrana sürükləyə bilər.
"TASS" xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada tərəfdarları ilə görüşündə deyib.
“Əgər Kamala qalib gəlsə, o zaman sizi 1929-cu il ruhundaki iqtisadi depressiyanın başlanğıcından üç gün ayırır”, - o vurğulayıb.
Tramp öz sözlərinə arxayın olduğunu qeyd edib. Onun fikrincə, hazırkı prezident Co Baydenin administrasiyası ABŞ iqtisadiyyatını “parçalayıb”.
Tramp tərəfdarlarına deyib ki, o, qalib gəlsə, ölkə sakinləri daha yaxşı iş yerləri, yüksək maaşlar və “daha parlaq iqtisadi gələcək” əldə edəcəklər. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar