Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada ada yoxa çıxıb

Tarix: 02-11-2024 08:36     Baxış: 3119 A- / A+
Rusiyada ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Frans İosif Torpağı arxipelaqından tamamilə yoxa çıxıb.

Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytında məlumat verilib.

Rəhbərliyi altında müvafiq müşahidəni aparan Moskva Aviasiya İnstitutunun (MAİ) dosenti Aleksey Kuçeykonun sözlərinə görə, itmiş sahə Yeva-Liv adasının ərazisində yerləşirdi. O, Mesyatsev adasının tamamilə əridiyini bildirib. Kuçeyko qeyd edib ki, bu səbəbdən naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək.

Məlumata görə, 2015-ci ilin avqustunda Mesyatsev adasının ərazisi təxminən 53 hektara çatıb. Bu ilin avqustunda onun sahəsi artıq 3 hektar olub, bir ay sonra isə ada yoxa çıxıb.

Alimlər bunu buzlaqların əriməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqələndirirlər. Bu, sahil xəttinin eroziyasına səbəb olur, nəticədə bəzi relyef formaları yox olur.

Həmçinin bildirilib ki, Arktika dəniz buzlarının əriməsi Şimali Avropada soyuqlara səbəb ola bilər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar