Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərə silah gəzdirməyə icazə verildi

Tarix: 22-06-2017 21:35     Baxış: 3285 A- / A+
Müəllimlərə silah gəzdirməyə icazə verildi


ABŞ-ın Kolorado ştatının müəllimləri odlu silahdan istifadə etməyi öyrənməyə başlayıblar. Manevr.az AzərTAc-a istinadən xəbər verir ki, məktəbin odlu silahla hücuma məruz qalacağı təqdirdə cinayətkara cavab atəşi açmağı bacarmaları üçün ştatın məktəblərində onların odlu silah gəzdirmələrinə icazə verilib. Son illərdə ABŞ məktəblərində kütləvi qətllərin sayı artıb.

Kolorado ştatının Ueld dairəsinin 17 müəllimi və əməkdaşı bu həftə mühafizəkar yönümlü “Koloradolular vətəndaş azadlıqları uğrunda” təşkilatı tərəfindən təşkil edilmiş üçgünlük kurslarda iştirak edir. “Müəllimlər və inzibatçılar üçün təhlükəsizlik və çevik reaksiya məsələləri üzrə təlim” (FASTER) kursları Konnektikut ştatının Nyutaun şəhərində Sendi Huk məktəbində 20 uşağın və altı məktəb əməkdaşlının ölümü ilə nəticələnən kütləvi qətldən sonra yaradılıb. Kursların proqramına təhlükəsizlik və silahdan istifadə, habelə fövqəladə hallara reaksiya və şagirdlər üçün təhlükənin aradan qaldırılması üzrə dərslər daxildir.

Kolorado ştatının qanunvericiliyinə görə, məktəb əməkdaşları rəsmi icazələri olduğu halda gizli şəkildə silah gəzdirə bilərlər və təhsil ocağının hüdudları çərçivəsində təhlükəsizlik xidməti əməkdaşlarının rolunu icra edə bilərlər. Bu həftə kurslarda iştirak edənlərin çoxu ştatın polisin 30-45 dəqiqədən tez gedib çata bilmədiyi kənd yerlərində çalışır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar