Xəbər lenti
Paşinyanın həyat yoldaşı 1 milyonluq şam yeməyi təşkil edir
Manevr.az xəbər verir ki, buna səbəb onun oktyabrın 31-də iş adamları üçün giriş bileti 1 milyon dram olan şam yeməyi təşkil etməsidir.
Sosial şəbəkələrdə ermənilər Anna Akopyanın bu addımını tənqid ediblər.
Məlumata görə, Anna Akopyan hələ aprel ayında “uğurlu qadın iş adamlarını” 1 milyon dram dəyərində şam yeməyinə dəvət etmişdi.
Budəfəki milyonluq şam yeməyi kişi iş adamları üçündür. Şam yeməyi oktyabrın 31-də saat 18:00-da İrəvandakı “Livingston” restoranında olacaq.
“Hraparak”ın məlumatına görə, şam yeməyi üçün ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Bir nəfərin iştirakının dəyəri 1 milyon dramdır. Əgər hər hansı şirkətdən 1-dən çox şəxs şam yeməyində iştirak etmək istəsə, hər biri 1 milyon dram ödəməlidir.
“İndiyədək 53 iş adamı tələb olunan məbləği köçürüb və şam yeməyində iştirak edəcək”, - “Hraparak” yazıb.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar