Xəbər lenti
"Hizbullah"ın yeni lideri bəlli oldu
Manevr.az xəbər verir ki, Həsən Nəsrullahın müavini Naim Qasım təşkilatın yeni lideri təyin edilib.
Naim Qasım 1953-cü ilin noyabrında Kfar Filada şiə ailəsində anadan olub. 1991-ci ildən bəri baş katibin müavini vəzifəsini icra edən Qasım qrupun təcrübəli simalarındandır.
1974-cü ildə Qasım Musa əs-Sədrin rəhbərlik etdiyi “Əməl” hərəkatına qoşulub. 1979-cu ildə İran İslam İnqilabından sonra hərəkatı tərk edərək 1982-ci ildən "Hizbullah"ın qurulmasında iştirak edib. O, 1991-ci ildə "Hizbullah" baş katibinin müavini olub.
Qasım 1992-ci ildə "Hizbullah"ın iştirak etdiyi parlament seçkilərində təşkilatın kampaniyalarına cavabdeh olub.
Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində öldürülüb.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































