Son illər uçan naməlum obyektlər haqqında məlumatları ifşa etmək və məlumat verənləri ABŞ Konqresi ilə əməkdaşlığa cəlb etməklə məşğul olan məşhur vəkil və fəal Denni Şihan sensasiyalı açıqlama verib.
Manevr.az-ın məlumatına görə, Reddit platformasında tez bir zamanda populyarlıq qazanan yeni müsahibəsi zamanı Şihan bildirib ki, Yer kürəsində iki yadplanetli bazası var. Onun sözlərinə görə, onlardan biri dağlarda, əlçatmaz səhra ərazilərində, digəri isə Sakit okeanda, Bahadan çox da uzaqda, Baha yarımadası ilə Qvadelupa adası arasındakı ərazidə su altındadır.
Xəbər lenti
Yadplanetlilərin yerdəki iki bazası: Sensasiyalı məlumatlar
O, həmçinin vurğulayıb ki, bəzi ABŞ milli təhlükəsizlik rəsmiləri bu bazaların mövcudluğundan xəbərdardırlar və hətta pilotlarını ələ keçirmək üçün uçan naməlum obyektləri vurmağa cəhd edirlər. Şihan bu vəziyyətin təhlükələrindən narahatlığını ifadə edib.
2024-cü il “Qlobal diskurs günü 2024” çərçivəsində yayılan çıxışı zamanı Şihan bildirib ki, uçan naməlum obyekt fenomeni tamamilə realdır və təbiət hadisələrinin yanlış müəyyən edilməsi və ya gizli hökumət texnologiyası ilə bağlı deyil. O, həmçinin uçan naməlum obyektlərin başqa planetlərdən və ya başqa ölçülərdən ola biləcək canlıları daşıdığını və bu ziyarətlərin uzun müddətdir davam etdiyini iddia edir.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar