O, FETÖ-yə inananlara söylənilən “ideal insan portreti”nin əslində Fətullah Gülənin layihəsi olduğunu və bunun tərkibində oğruların, qatillərin və çevrilişçilərin də yer aldığını bildirib.
O, əmisi Fətullah Gülənin yanında olmayan insanlara qarşı kin bəslədiyini vurğulayıb. Həmçinin əmisinin “Ergenekon” işində haqsız yerə həbs edilənlərlə bağlı “Onlar buna layiqdirlər” dediyini bildirib.
Təşkilatda maliyyə azalıb
Əbusələmə Gülən yayımladığı videolar sayəsində insanların həqiqəti gördükləri üçün təşkilata pul göndərməyi dayandırdıqlarına diqqət çəkib. O, son videosunda “təşkilata xidmət” adı ilə yığılan pulların onun kimi həqiqəti söyləmək istəyənlərə susmaq üçün rüşvət kimi paylandığını bildirib.
Gülən rəhbərlik qrupunun nə qədər maaş aldığını gizlətdiyini və qeydiyyatsız pulların hara getdiyinin araşdırılmadığını diqqətə çatdırıb.
Təşkilata yardım edənlər narahatdır
Türkiyədə “Rəsmi Qəzet”də dərc olunan qərarla FETÖ təşkilatının yardım adı altında pul topladığı “Time To Help e.V.” dərnəyinin hesabları dondurulub. Bu qərar təşkilata yardım edənlərdə təşviş yaradıb. FETÖ etirafçılarının, xüsusilə də Gülənin öz qardaşı oğlunun yardım pullarının hara getdiyi ilə bağlı açıqlamaları təşkilata qarşı şübhələri artırıb.
Həmçinin məlum olub ki, “Time To Help e.V.” assosiasiyası ilə əlaqəli şəxslər baş verən hadisələrlə əlaqədar mövcud bank hesablarını bağlayıb, başqa banklarda hesab açıblar.publika.az