"Google" şirkəti "YouTube"un daha rahat istifadəsini mümkün edəcək yenilikləri təqdim edib.
Manevr.az xəbər verir ki, 4 yeni funksiya sayəsində "YouTube"un "TikTok" platforması qarşısında rəqabətdə önə çıxacağı hesab edilir.
Həmin funkisyaları təqdim edirik:
Mini "YouTube" pleyer
Ödənişli abunəliyi olmayan "YouTube" istifadəçiləri videoya baxarkən başqa proqrama keçə bilmirlər. Yalnız "Premium" abunəliyi olan istifadəçilər ekranının aşağı küncündə aktiv olan pleyer (PIP) sayəsində fasiləsiz video izləyə bilirlər. Həmin pleyerin yenilənməsi ilə videoları kiçik pəncərədə izləyərkən dayandırmaq, irəli və geri çəkmək, həmçinin pəncərənin yerini dəyişmək mümkün olacaq.
Yuxu taymeri
Xəbər lenti
"YouTube"da YENİLİK - 4 funksiya...
Bu xüsusiyyət əvvəllər yalnız "Premium" abunəçilərə təqdim olunurdu, vaxtı çatdıqda videoları avtomatik dayandırırdı. İndi isə bu funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.
Birgə pleylistlər
İstifadəçilər artıq hazırladıqları pleylistləri dostları ilə paylaşa biləcəklər. Pleylistlərə xüsusi QR kodları əlavə ediləcək, bu da dostlarınıza birbaşa əlçatanlıq imkanı verəcək. "YouTube Music" xidməti "Apple Music" və "Spotify" kimi zəngin məzmun təklif edir. Başqa platformalarda olmayan, hətta saysız-hesabsız musiqiçilərin videolarını əhatə edən böyük seçim diqqət çəkir.
Rəylər və nişanlar
İzləyicilər indi məzmun yaradıcılarına ürəklər, təbriklər və kiçik təqdirlər göndərə biləcəklər. Bu, izləyicilər və yaradıcılar arasında daha sıx qarşılıqlı əlaqə yaradacaq. Hazırda yalnız şərhlər və bəyənmə kimi üsullarla əlaqə qurmaq mümkündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar