Xəbər lenti
Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu?

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 binaya ziyan dəyib.
Manevr.az xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murad Kurum məlumat yayıb.
Nazir bildirib ki, zəlzələ nəticəsində Elazığda 20 binaya ağır, 517 binaya isə yüngül ziyan dəyib:
"Eyni zamanda Malatyada da 18 bina yüngül zərər görüb".
Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































