Xəbər lenti
Putinlə görüşdən sonra fikrini dəyişdi - Bakı nə deyəcək?
Politoloq Oqtay Qasımovun sözlərinə görə, bu açıqlama üçtərəfli bəyanatın şərtinə uyğundur:
“Paşinyan ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Görünür ki, Rusiyanın son bir neçə ayda Zəngəzurla bağlı həm Ermənistan, həm də İranla apardığı müzakirələrin müəyyən bir təsiri olub.
Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinin Azərbaycan üçün məqbul olub-olmadığına gəlincə, Bakı özünün imza atdığı sənədlər və öhdəliklərə sadiqdir, ona hörmətlə yanaşır. Digər yandan, ABŞ, İran, Qərb strukturları və yaxud Ermənistanın özünün nəzarəti həyata keçirməsi, düşünmürəm ki, təhlükəsizliyə ciddi şəkildə töhfə və ya təminat verə bilər. Bu baxımdan, hər halda Rusiyanın bugünkü münasibətini də nəzərə alsaq, hazırkı mərhələdə Azərbaycan üçün məqbul variantdır. Şübhəsiz, ən ideal variant o olardı ki, Ermənistanda terrorçu-faşist xislətindən əl çəksin və orada sərbəst hərəkətə imkanı yaradılsın. Amma bu olmadığı təqdirdə, əlbəttə biz hazırkı vəziyyətdə ən məqbul olan variant barədə danışırıq".
Politoloq bildirib ki, Paşinyanın özü də yaxşı bilir ki, götürülən öhdəliklərin yerinə yetirilməməsi Ermənistan üçün ciddi nəticələrə gətirib çıxarar:
"Moskvanın son dövrlər israrlı şəkildə bu prosesdə mövqe nümayiş etdirməsi xüsusilə də Rusiya-Ukrayna müharibəsindəki hazırkı vəziyyət Paşinyanı məsələlərə daha real baxmağa və üçtərəfli bəyanat üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edib. Yəni Paşinyan bunu heç də könüllü şəkildə etməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar