Ermənistan Baş Naziri Nikol Paşinyan bildirib ki, Zəngəzur dəhlizinə nəzarət və ya monitorinq aparmaq məsələsi ruslara verilə bilər. Əslində, onun səsləndirdiyi fikirlər üçtərəfli bəyanatın 9-cu bəndinə uyğundur. Məhz həmin bənddə açıq şəkildə yazılır ki, Ermənistan yüklər, vətəndaşlar və nəqliyyat vasitələrinin maneəsiz və sərbəst hərəkətinə, o cümlədən təhlükəsizliyinə təminat verir, Rusiya Federal Sərhəd Xidmətinin nümayəndələri isə nəzarəti həyata keçirir. Xəbər lenti
Putinlə görüşdən sonra fikrini dəyişdi - Bakı nə deyəcək?
Ermənistan Baş Naziri Nikol Paşinyan bildirib ki, Zəngəzur dəhlizinə nəzarət və ya monitorinq aparmaq məsələsi ruslara verilə bilər. Əslində, onun səsləndirdiyi fikirlər üçtərəfli bəyanatın 9-cu bəndinə uyğundur. Məhz həmin bənddə açıq şəkildə yazılır ki, Ermənistan yüklər, vətəndaşlar və nəqliyyat vasitələrinin maneəsiz və sərbəst hərəkətinə, o cümlədən təhlükəsizliyinə təminat verir, Rusiya Federal Sərhəd Xidmətinin nümayəndələri isə nəzarəti həyata keçirir. Politoloq Oqtay Qasımovun sözlərinə görə, bu açıqlama üçtərəfli bəyanatın şərtinə uyğundur:
“Paşinyan ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Görünür ki, Rusiyanın son bir neçə ayda Zəngəzurla bağlı həm Ermənistan, həm də İranla apardığı müzakirələrin müəyyən bir təsiri olub.
Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinin Azərbaycan üçün məqbul olub-olmadığına gəlincə, Bakı özünün imza atdığı sənədlər və öhdəliklərə sadiqdir, ona hörmətlə yanaşır. Digər yandan, ABŞ, İran, Qərb strukturları və yaxud Ermənistanın özünün nəzarəti həyata keçirməsi, düşünmürəm ki, təhlükəsizliyə ciddi şəkildə töhfə və ya təminat verə bilər. Bu baxımdan, hər halda Rusiyanın bugünkü münasibətini də nəzərə alsaq, hazırkı mərhələdə Azərbaycan üçün məqbul variantdır. Şübhəsiz, ən ideal variant o olardı ki, Ermənistanda terrorçu-faşist xislətindən əl çəksin və orada sərbəst hərəkətə imkanı yaradılsın. Amma bu olmadığı təqdirdə, əlbəttə biz hazırkı vəziyyətdə ən məqbul olan variant barədə danışırıq".
Politoloq bildirib ki, Paşinyanın özü də yaxşı bilir ki, götürülən öhdəliklərin yerinə yetirilməməsi Ermənistan üçün ciddi nəticələrə gətirib çıxarar:
"Moskvanın son dövrlər israrlı şəkildə bu prosesdə mövqe nümayiş etdirməsi xüsusilə də Rusiya-Ukrayna müharibəsindəki hazırkı vəziyyət Paşinyanı məsələlərə daha real baxmağa və üçtərəfli bəyanat üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edib. Yəni Paşinyan bunu heç də könüllü şəkildə etməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































