Xəbər lenti
Sensasiya: Yerdənkənar sivilizasiya kəşf edildi!
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bunu NASA ilə əməkdaşlıq edən sənədli film rejissoru Saymon Holland deyib.
“Biz qalaktikamızda insana aid olmayan Yerdənkənar zəka kəşf etmişik və insanların bundan xəbəri yoxdur”, - o bildirib.
Oksforddan olan “Breakthrough Listen” (“Kəşfə yol açan dinləmə”) layihəsinin komandası siqnalı təhlil etdiklərini təsdiqləyib, lakin ehtimal olunan mənbəyi açıqlamayıblar.
“Onlar təfərrüatı axtarırlar, ona görə də xəbərin dərci gecikir”, – deyə Holland layihədəki mənbələrinə istinadən deyib.
Qeyd edək ki, rejissorun istinad etdiyi “Breakthrough Listen” 2016-cı ilin yanvarında israilli sahibkar, investor və sovet əsilli fizik Yuri Milnerin təşəbbüsü ilə 100 milyon dollar dəyərində qeyri-kommersiya tədqiqat layihəsi kimi işə başlayıb. Qəribə radio siqnal ilk dəfə 2019-cu ildə Avstraliyanın Parkes Rəsədxanası tərəfindən müəyyən edilib.
2021-ci ildə layihənin astronomları bunun insan fəaliyyəti nəticəsində yaranan siqnal olduğunu guman edirdilər.
Rejissorun iddiasından belə görünür ki, mütəxəssilər indi siqnalla bağlı fikirlərini dəyişiblər.
Manevraz
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar