Xəbər lenti
Tehran-Təbriz aviareysində sərnişinlərin azərbaycanca salamlanması QALMAQAL YARATDI
Güney Azərbaycanın "Ata" aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldin" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.Manevr.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Zunuzi aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib:
"Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?", - Zunuzi əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyyidin "X" hesabında paylaşım edərək, "xoş gəldin" ifadəsinə etiraz edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































