"Telegram" sahibi Pavel Durov və övladını həbs zamanı itirən sevgilisi Yuliya Vavilova Parisdə birlikdə görüntülənib. Manevr.az olay-a istinadən bildirir ki, cütlüyü Fransada kafelərin birində yan-yana söhbətləşən zamanı "Antiqlyant" teleqram kanalının izləyicilərindən biri çəkib.
Fotoda Pavel qara uzunqol idman köynəyi, Yuliya isə cins şalvar və sviter geyinib.
Qeyd ki, Pavel Durov avqustun sonunda Parisdə "Telegram"da moderasiya olmadığına görə bir sıra cinayətlərdə ittiham edilərək saxlanılıb. Bir neçə gün sonra 39 yaşlı iş adamı 5 milyon avro girov müqabilində sərbəst buraxılıb. O, həbsində şübhəli bilinən kriptovalyutaçı, sevgilisi Yuliya Vavilova ilə birlikdə Fransaya uçub. Oktyabrın əvvəlində Durov Yuliyanın hamilə olduğunu və stress, eləcə də ona yönəlmiş nifrət səbəbindən uşağını itirdiyini açıqlayıb.