Xəbər lenti
Ukrayna hərbçiləri Bryansk vilayətində hərbi arsenala zərbə endiriblər
Ukrayna müdafiə qüvvələri Bryansk vilayətində Rusiya hərbi arsenalına zərbələr endirib.
Manevraz xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.
Məlumata görə, Bryansk vilayətindəki anbarda raket və artilleriya silahları üçün döyüş sursatı, o cümlədən KXDR-dən alınanlar, həmçinin idarə olunan aviabombalar saxlanılıb.
“Onların əhəmiyyətli bir hissəsi açıq havada yerləşirdi. Hadisə yerində partlayışlar qeydə alınıb. Məlumdur ki, yerli hakimiyyət orqanları arsenal ərazisində yolu bağlayır. Döyüş işlərinin nəticələri dəqiqləşdirilir”, - Baş Qərargahın açıqlamasında qeyd olunub.
Rusiya Müdafiə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, oktyabrın 9-na keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 47 pilotsuz uçan aparatı vurub, ən çox pilotsuz təyyarə Bryansk vilayətində vurulub. Yerli media və teleqram kanalları yazıb ki, gecə Karaçevski rayonunda siren səsləri eşidildi.
Daha sonra Fövqəladə Hallar Nazirliyi digər təfərrüatları təqdim etmədən “Bryansk vilayətinin Karaçevski rayonunda partlayıcı obyektlərin partlaması ilə bağlı bələdiyyə fövqəladə vəziyyət" elan edib.
Sevinc
Manevraz
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar