Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təyyarə kapitanı uçuş zamanı öldü

Tarix: 09-10-2024 15:35     Baxış: 4106 A- / A+

Türk Hava Yolları təyyarənin Seatle-İstanbul uçuşu zamanı kapitan pilot həyatını itirib.
Manevr.az  xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.
Türk Hava Yollarının açıqlamasında bildirilib ki, Seattle-İstanbul TK204 reysini həyata keçirən, qeydiyyatı TC-LGR olan "Airbus 350" tipli təyyarənin kapitan pilotu Rayonhin Pehlivan uçuş zamanı huşunu itirib.
Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlib, lakin kapitan təyyarə eniş etmədən vəfat edib.
Məlumata görə, uçuşdan öncə sağlamlıq müayinəsi zamanı onda heç bir problem aşkarlanmayıb. Açıqlamada 59 yaşlı Rayonhin Pehlivanın 2024-cü il martın 8-də Mülki Aviasiya Baş İdarəsi tərəfindən icazə verilən Aviasiya Tibb Mərkəzində dövri sağlamlıq müayinəsindən keçdiyi və vəzifələrini yerinə yetirməkdə ona mane olacaq sağlamlıq probleminin aşkar edilmədiyi də vurğulanıb.
Açıqlamada təyyarənin Nyu-Yorka eniş qərarı verildiyi, sərnişinlərin Nyu-York stansiyası vasitəsilə evlərinə dönməsinin planlaşdırıldığı bildirilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar