Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Məzarı açılmışdı - DNT analizinin cavabı açıqlandı - ŞƏKİL

Tarix: 08-10-2024 16:56     Baxış: 4135 A- / A+

Xəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra həbsxanada həyatını sonlandıran Cem Qəriboğluya aid məzar açılıb. Cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürülüb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun həyatını sonlandırdığı gün alınan DNT nümunəsi və məzardan götürülən nümunə bir-birinə uyğun gəlib. Bununla da məzardakı cəsədin Qəriboğluya aid olduğu müəyyənləşib.
Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında M. Qarabuludun meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb. 2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.
Hadisədən sonra bəzi KİV və sosial şəbəkələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi barədə məlumat yayılmışdı. Buna görə də onun məzarının açılması qərarı verilmişdi.
Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar