Sizin Reklam Burada
Xəbər lenti
04-10-2024
03-10-2024
BÜTÜN XƏBƏRLƏR

İmamoğlu ilə bağlı "saxta diplom" qalmaqalı böyüyür: Atası da danışdı

Tarix: 02-10-2024 14:43     Baxış: 428 A- / A+
Son günlər Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun 1990-cı ildə Şimali Kipr Türk Cümhuriyyətində yaradılmış özəl Girne Amerika Universitetindən İstanbul Universitetinə qanunsuz transfer eilməsi gündəm mövzusuna çevrilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli yazıçı-jurnalist Nedim Şener “Hürriyet” üçün yazdığı məqalədə bildirib ki, məsələni təkzib edən İmamoğlu 1994-cü ildə bitirdiyi İstanbul Universiteti diplomunun real olduğunu açıqlayıb.
Onun sözlərinə görə, müzakirəni yayındırmağa çalışıblar. Jurnalist bir müddət sonra universitetin də səssiz qalmasının səbəblərini aydınlaşdırıb:
“Bunun səbəbi tərəflərin bir müddət susmasından sonra Əkrəm İmamoğlu və yaxınlarının tələsik bir-birinin ardınca açıqlama verməsi ola bilər. Belə ki, köçürmə qanunsuz olarsa, sonradan alınan diplom da qeyri-qanuni, yəni etibarsız olacaq. Əkrəm İmamoğlu da ona yaxın media adamları ilə həqiqəti gizlətmək istəyə bilər”.

Nedim Şener bildirib ki, transfer prosesində həqiqətən də heç bir uyğunsuzluq yoxdursa, İmamoğluna haqsızlıq edilməməsi üçün bu vəziyyətə aydınlıq gətirilməlidir:
“Prezident Ərdoğanın diplomu ilə bağlı da oxşar məsələ gündəmə gələndə Mərmərə Universiteti bütün sənədlərin və diplomun real olduğunu bildirərək müzakirəyə son qoydu. Atası Həsən İmamoğlu belə danışarkən İstanbul Universitetinin və YÖK-ün susması sizə qəribə gəlmirmi? Bununla 1990-cı ildə qeyri-qanuni transferə imza atan heyət, yoxsa Əkrəm İmamoğlu qorunur? İstanbul Universitetinin hazırkı rəhbərliyi və ya YÖK bu məsələni araşdırmalı və həqiqəti ortaya qoymalıdır”.
Müzakirəyə qoşulan Əkrəm İmamoğlunun atası Həsən İmamoğlu jurnalist Sayqı Öztürkə açıqlama verib: “Transfer edən tək oğlum deyildi. O vaxt düşünürəm ki, bir həftə -10 gün ərzində eyni fakültədən daha 11 nəfər köçürülüb. Qanunsuz heç nə yoxdur. Bu, məhz mənim oğluma xas olan vəziyyət deyil”.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar