Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hizbullah”dan gələcəyini təhlükəyə atan ölümcül səhv

Tarix: 01-10-2024 21:20     Baxış: 350 A- / A+


“Hizbullah”dan gələcəyini  təhlükəyə atan  ölümcül səhv
“Hizbullah” terror qruplaşması öz gələcəyini təhlükəyə atan ölümcül səhvə yol verib.
İsrailin Beyrutun cənub ətrafına endirdiyi hava hücumu nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın məhv edilməsi təşkilatın tarixində ən sarsıdıcı zərbə olub. Digər yüksək səviyyəli komandirlərin olmasına baxmayaraq, qruplaşmaya 1992-ci ildən rəhbərlik edən Nəsrullahın ölümü “Hizbullahı” öz nüvəsini itirməsi ilə müqayisə oluna biləcək böhran vəziyyətində qoyub.
Manevr.az-ın xəbərinə görə, bu barədə “Newsweek” yazır.

1982-ci ildə qurulduğu gündən bəri “Hizbullah” 2000-ci ildə sona çatan Livanın cənubunda İsraillə döyüşdən başlayaraq dəfələrlə təhdidlərlə üzləşib. Təşkilat 2006-cı ildə İkinci Livan müharibəsi zamanı və Suriyada Bəşər Əsədin tərəfində vətəndaş müharibəsində iştirak edərkən də ciddi itkilər verib. Lakin “Hizbullah” öz strukturunda əsas fiqur olan Nəsrullahın rəhbərliyi sayəsində daxili birliyi və nüfuzunu qoruyub saxlaya bilib.
Nəsrullah Livan hüdudlarından çox-çox uzaqlarda olan şiələr arasında dəstək əldə edərək, təşkilatı öz çaplı bir varisi olmadan tərk edib. Yeni başçı seçilən Haşim Safi əd-Din çətin ki, tərəfdarların gözündə Nəsrullahı tamamilə əvəz edə və təşkilatı əvvəlki təsir səviyyəsində saxlaya bilsin.
Dəstəyi İsrailə qarşı ikinci cəbhənin açılmasına səbəb olan HƏMAS-ın tərəfində “Hizbullah”ın münaqişədə iştirakı ölümcül bir səhv olub. Bu qərar nəinki HƏMAS-a ciddi dəstək verməyib, həm də “Hizbullah”ın özünə və bütövlükdə Livana ciddi ziyan vurub.
İndi əsas lideri itirdikdən sonra “Hizbullah”ın gələcəyi son dərəcə qeyri-müəyyən görünür. Təşkilat ciddi daxili problemlərlə üzləşib: maliyyə çatışmazlığı, bürokratik strukturların dağıdılması və üzvləri üçün artan risklər. Safi əd-Din hansı yolu tutacağına qərar verməli olacaq - siyasi qüvvəyə çevrilib silahlarını Livan ordusuna birləşdirəcək, yoxsa silahlı mübarizəni davam etdirəcək ki, bu da təşkilatın daha da məhvinə gətirib çıxara bilər.
 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar