Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimlər Ayın görünməsi ilə bağlı yeni nəzəriyyə irəli sürüblər

Tarix: 29-09-2024 15:09     Baxış: 345 A- / A+
Alimlər Ayın görünməsi ilə bağlı yeni nəzəriyyə irəli sürüblər
Pensilvaniya Ştatı Universitetindən olan amerikalı alimlər Ayın mənşəyi haqqında yeni bir hipotez irəli sürüblər ki, bu da planetimizin təbii peykinin yaranması haqqında əsas nəzəriyyəni təkzib edir.
 
Tədqiqatın nəticələri "The Planetary Science Journal” (TPSJ) elmi jurnalında dərc edilib.
 
Əsas fərziyyəyə görə, Ay, mövcudluğunun başlanğıcında Yerin başqa bir planetlə toqquşmasından sonra qalan qırıntılardan əmələ gəlib.
 
Tədqiqatçılar iddia edirlər ki, ikili obyektlərin mübadiləsi ilə tutulma nəzəriyyəsində Yerin cazibə qüvvəsi bu cisimləri ayırıb, obyektlərdən birini – Ayı tutub və onu peyk edib.
 
Alimlərin sözlərinə görə, onların nəzəriyyəsini peykin planetə nisbətən mövqeyi sübut edir. Əgər Ay qırıntılardan formalaşsaydı, o, Yerin ekvatorunun üzərində fırlanmalı idi. Lakin Ay başqa bir müstəvidə hərəkət edir.
 
Mütəxəssislər hesab edirlər ki, Yer hətta Aydan daha böyük ölçülü peyki - Merkuri və ya hətta Mars ölçüsündə bir obyekti də tuta bilərdi, lakin əldə edilən orbit qeyri-sabit ola bilərdi.(Report)

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar