Xəbər lenti
“ABŞ Ermənistanı qurban seçib, hədəfi budur” – Safrançuk

ABŞ qurban kimi seçdiyi Ermənistandan Cənubi Qafqaza giriş nöqtəsi kimi istifadə etməyə çalışır.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq İvan Safrançuk deyib.
“Amerikanın yanaşması onunla bağlıdır ki, həmişə və bütün regional tənzimləmələrdə zəifi güclüyə qarşı dəstəkləmək lazımdır. Bölgədə qurban varsa, o qurban giriş nöqtəsidir. Yəni çox güclü birinin olmaması üçün zəif tərəfi güclüyə qarşı dəstəkləmək lazımdır. Buna görə də Amerika diplomatiyası hazırda Ermənistanı indiki vəziyyətində regionda siyasətini aktivləşdirmək üçün ən sərfəli məqam hesab edir”.
Safrançukun fikrincə, ABŞ həmişə Rusiyanın olduğu bütün bölgələrə, o cümlədən Cənubi Qafqaza girməyə çalışır: “ABŞ özünü bölgədə qaçılmaz bir güc kimi göstərmək üçün çox səy göstərir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar