Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Hizbullah”ın lideri öldürülüb - İsraildən AÇIQLAMA

Tarix: 28-09-2024 08:38     Baxış: 361 A- / A+

Həsən Nəsrullahın İsrailin onu hədəfə aldığı zərbədən sonra vəziyyəti ilə bağlı məlumatlar müxtəlifdir. 

“Reuters“, İran və ərəb mediası “Hizbullah” liderinin sağ olduğunu bildirsə də, İsrail onun məhv edilməsi əməliyyatını uğurlu adlandırıb.

"Hizbullah" şiə qruplaşmasının lideri Həsən Nəsrullah sağdır, qruplaşmaya yaxın “Reuters“in mənbəyi, həmçinin İranın “Tasnim” agentliyi və Səudiyyə Ərəbistanının “əl Hadath” agentliyinin həmsöhbətləri İsrailin Beyrutun ətrafındakı hərəkatın mərkəzi qərargahına zərbəsindən sonra bildiriblər.

“Tasnim” qeyd edir ki, Nəsrullah "təhlükəsiz yerdədir" və "Hizbullah" tezliklə bəyanat verəcək. Yüksək səviyyəli İran mənbəyi “Reuters”ə bildirib ki, Tehran "Hizbullah" ın lideri statusunu "yoxlayır". Eyni zamanda, Sky News Arabia mənbəyi İsrail tərəfinin Nəsrullahın öldürülməsi əməliyyatının uğurlu olduğunu təxmin etdiyini söyləyib.

Nəsrullah 64 yaşında, 1992-ci ildə qrupun əvvəlki lideri Abbas əl-Musəvi öldürüldükdən sonra "Hizbullah" ın baş katibi olub.

İsrail hərbçiləri sentyabrın 27-də axşam Beyrutdakı "Hizbullah"ın mərkəzi qərargahına zərbə endirib, hədəf Nəsrullah olub. “Al Jezeera“ telekanalı bildirib ki, zərbə rayonunda dörd bina tamamilə dağıdılıb. “Axios” yazır ki, İsrail rəsmisinin sözlərinə görə, zərbə tətbiq edilməzdən bir neçə dəqiqə əvvəl ABŞ-a məlumat verilib, lakin Vaşinqtonda iki yüksək səviyyəli həmsöhbət ABŞ-ın xəbərdarlıq almadığını bildirib. lent.az 

Manevr.az 
 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar