Xarici KİV xəbər verir ki, onun sözlərinə görə, ABŞ və İran arasında “siyasi gərginliyə” baxmayaraq, İran xalqı amerikalılara yaxşı münasibət göstərir.
"İnsanlar amerikalıları sevirlər, onlar həmişə mənimlə Amerika haqqında danışmaq istəyirlər və həqiqətən ABŞ-a səfər etmək arzusundadırlar", - səyyah bildirib.
"Hamı bunun təhlükəli və qorxulu olduğunu düşünür, lakin, əslində heyrətamiz bir ölkədir", - Binski deyib.
Səyyah Yaxın Şərq ölkəsində sevimli görməli yerlərini - qədim Persepolis şəhərini, İsfahandakı əsas meydanı, Təbrizdəki dünyanın ən böyük qapalı bazarını və “göy qurşağı” Hörmüz adasını izləyiciləri ilə bölüşüb.
Məqalədə vurğulanır ki, Drev Yaxın Şərqə nə qədər bağlı olsa da, İran dünyanın hər hansı digər ölkəsindən daha çox insanı edam edir. Dünyanın ən sərt senzuralarından birinə malikdir.lent.az