Xəbər lenti
10 YENİ PLANET aşkarlandı

NASA-nın Kepler araşdırma qrupu Kepler teleskopu vasitəsilə Günəş sisteminin xaricini müşahidə edib.
Rəsmi məlumatlara görə, teleskop Günəş sisteminin xaricində dünya böyüklüyündə və həyat ehtimalı olan 10 yeni planet aşkarlayıb.
NASA-nın Kaliforniyadakı Elmi Araşdırmalar üzrə Astrofiziki Kepler proqramı çərçivəsində çalışan alim Mario Perez kəşflə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu naməlum planetlərin qalaktikadakı tezliklərini anlamaq və başqa bir dünya yarada bilmə missiyalarının olub-olmadığını dəqiqləşdirmək üçün NASA daxil olan informasiyalardan mümkün qədər çox faydalanacaq.
Alimlər Kepler teleskopu ilə bu günə qədər 4034 planet kəşf edildiyini və bunlardan 2335-nin Samanyolu Qalaktikasının xaricində olduğunu qeyd edib.
Kepler Teleskopu kosmos müşahidələrinə ilk dəfə 7 mart 2009-cu ildə başlayıb.
2018-ci ilin oktyabrında yeni nəsil Ceyms Vebb Teleskopunun istifadəyə verilməsi ilə Kepler Teleskopunun aşkarladığı planetlər daha dərindən təhlil ediləcək.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar