Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Soyuq müharibə taktikası: Rusiya yenə bu yola əl atdı

Tarix: 22-09-2024 10:37     Baxış: 383 A- / A+



Rusiya kəşfiyyat orqanları ABŞ-a qarşı casusluq əməliyyatları keçirmək üçün Meksikadakı mövcudluğunu artırır. bu, Soyuq müharibə taktikasına qayıdışdır.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu barədə "NBC Nyus" ABŞ rəsmilərinə və keçmiş kəşfiyyatçılara istinadən məlumat yayıb.
"Rusiya son bir neçə ildə Mexikodakı səfirliyinə onlarla işçi əlavə edib, baxmayaraq ki, Moskva bu ölkə ilə yalnız məhdud ticarət əlaqələrinə malikdir. ABŞ rəsmiləri bu tendensiyanın narahatlıq doğurduğunu deyir və hesab edirlər ki, kütləvi toplanma ABŞ-a qarşı kəşfiyyat əməliyyatlarını və onun Vaşinqton və Kiyev arasında münasibətləri pozmağa yönəlmiş təbliğat səylərini gücləndirmək məqsədi daşıyır", - məlumatda bildirilir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Bayden administrasiyası hətta bu məsələni Meksika hökuməti qarşısında qaldırmağa məcbur olub.
Məsələ ilə bağlı MKİ şefi Uilyam Berns bunları deyib:
"Bu qədər rus kəşfiyyatçısı Avropadan qovulub. Belə ki, onlar hərəkət edə biləcəkləri yerlər axtarırlar".
Qeyd edək ki, II Dünya müharibəsindən sonra ABŞ-la Rusiya arasında illərlə davam edən Soyuq müharibədə ikincilər daha çox Kuba ərazisindən istifadə ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar