Xəbər lenti
Livanlı həkimdən qorxunc açıqlama: "Heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmamışdım" - Şəkil

Bu barədə TRT xəbər yayıb.
Bildirilib ki, Livanda cərrahlar peycer və məişət texnikası partlayan 3000-dən çox insan arasında gördükləri dəhşətli xəsarətlərin uzun siyahısını açıqlayıblar.
Beyrutdakı "Mount Lebanon" Universitet Xəstəxanasının oftalmoloqu professor Elias Varrak deyib ki, 25 il ərzində heç vaxt bu qədər göz çıxarmaq məcburiyyətində qalmayıb. O bu təcrübəni "kabus" adlandırıb.
"Xəsarət alanların əksəriyyəti 20-30 yaş arası gənclər idi və bəzi hallarda hər iki gözü çıxarmaq məcburiyyətində qaldım", - deyə həkim bildirib.
Xatırladaq ki, sentyabrın 17-də və 18-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları "Hizbullah" hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd minə yaxın insan yaralanıb. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar