Xəbər lenti
Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada daha bir nəfəri öldürdü

Bu barədə "France 24" agentliyi məlumat yayıb.
Məlumata görə, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.
"Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı", - məlumatda bildirilir.
Agentlik qeyd edib ki, hadisə ərazinin inzibati mərkəzi olan Numea yaxınlığındakı Sen-Lui qəsəbəsində polis və nümayişçilərin toqquşması zamanı baş verib. Məlumata görə, polis daha on nümayişçinin axtarışını davam etdirir.
Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan Konstitusiyaya olunan dəyişikliyə etiraz edirlər. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar