Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Narinin qətlinin üstünü açacaq mühüm səs yazısı üzə çıxdı: "Qız öldümü, Ramazan?"

Tarix: 13-09-2024 12:15     Baxış: 371 A- / A+

Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
İstintaq çərçivəsində qətlin sirrini açacaq səs yazısı ortaya çıxıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Narinin qətlində əsas şübhəli olan əmisi Salim Güranın öz işçisi Ramazan Atasoyla telefon danışığının təfərrüatı əldə edilib və bu da cinayətin açılmasında böyük addım hesab edilir.
Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı aralarında anası və qardaşı da daxil olmaqla, 8 nəfər həbs edilib və bu şəxslər arasında Salim Güranın işçisi Ramazan Atasoy da var.
Ramazan Atasoy Narin yoxa çıxdıqdan sonra Salim Güranla telefon danışığı aparıb və həmin danışığın səs yazıları ortaya çıxıb. Həmin səs yazılarında Salim Güran Ramazan Atasoydan "Ramazan, qız öldümü?" deyə soruşur.
Bildirildiyinə görə, həmçinin bu səs yazılarından Narinin sağ-salamat Ramazana təslim edildiyi də məlum olur. Eyni zamanda, Narinin cəsədini dərə yatağında basdıraraq gizlədən Nevzat Bahtiyar ilə Ramazan Atasoyun bir yerdə olduqları da üzə çıxır.
Həmçinin Salim Güranın arvadı Melek Güranın verdiyi ifadə də açıqlanıb.
Nəzarətə götürülən və prokurorluqda ifadəsi alındıqdan sonra sərbəst buraxılan Melek Güran ərindən şübhələndiyini deyib.
"Həyat yoldaşım Salim Güranın istifadə etdiyi avtomobil əslində onun qardaşı Fuat Gürana məxsusdur. Lakin o, Van vilayətində olduğu üçün maşını həyat yoldaşım Salim Güran idarə edirdi. Bu avtomobildə Narin Güranın DNT-si aşkarlanıb. Bu avtomobili həyat yoldaşım Salim ilə yanaşı oğlum Devran Güran da idarə edirdi. Ancaq həyat yoldaşım daha tez-tez istifadə edirdi.
Narin yoxa çıxdığı gün avtomobil ərim Salimdə olub və bütün günü maşını o idarə edib. Devran isə hadisə baş verdiyi gün dəvətnamə (qohumlarının toyuna görə - red.) paylamağa getmişdi. Narin də 8 yaşında olduğu və maşın sürə bilmədyini üçün həyat yoldaşım Salim Gürandan şübhələndim. Salim də məhz elə bu səbəbə görə həbs edildi. Ondan başqa şübhələndiyim heç kim yoxdur", - deyə Melek Güran cavab verib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar