Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər bu tarixdə separatçıları Bakıdan "qaçırmaq" istəyirlər: Görün nə planlaşdırıblar

Tarix: 10-09-2024 20:32     Baxış: 444 A- / A+
Ermənilər bu tarixdə separatçıları Bakıdan "qaçırmaq" istəyirlər: Görün nə planlaşdırıblar
Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların "qaçırılması ssenarisi" üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz "qaçırılmaqdan" gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir.

COP-29 tədbiri ərəfəsində Bakıya təzyiq edilməsi məsələsi Ermənistanda son dövrlər intensiv şəkildə gündəmə gətirilir.

Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib.

O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta "qaçırılma planı" da hazırlanmalıdır. Separatçı "qaçırılma planı" olaraq beynəlxalq təzyiqi nəzərdə tutur.

"Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik "rəhbərliyin" (separatçılar-red), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir", - o bildirib. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar