Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə meymunlara görə referendum keçirilir

Tarix: 07-09-2024 20:27     Baxış: 366 A- / A+
Bu ölkədə meymunlara görə referendum keçirilirTailandın Lopburi şəhərinin sakinləri meymunların işğalı problemini referendumla həll edəcəklər. Seçki nəticələrinə görə şəhərin tarixi mərkəzindəki primatların icazə verilən sayını müəyyən edəcəklər.

Bu barədə əyalətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səsvermə iştirakçıları sentyabrın 9-dək sorğu anketlərini doldurmalı və minlərlə makakanın şəhər şəraitində yaşamasının problemlərini, eləcə də nəticələrini təsvir edən 12 suala cavab verməlidirlər.

Lopburi bələdiyyəsinin başçısı Çamrin Salaçip hesab edir ki, Prasamyot və Frakan məbədləri kimi memarlıq abidələri olan ərazidə yüzdən çox makaka yaşamamalıdır.

Lopburi səlahiyyətliləri, Milli Parklar, Vəhşi Təbiət və Bitki Mühafizəsi Departamentinin mütəxəssisləri ilə birlikdə iyun ayında böyük bir əməliyyat keçirərək, şəhərdə yaşayan 3 mindən çox meymunun 1,2 minini tutub xüsusi sığınacaqlara yerləşdiriblər. Lakin sonra makakaların tutulması müvəqqəti olaraq dayandırılıb, çünki onlara qulluq ayda təxminən 21 min dollara başa gəlir. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar