Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski nazirləri niyə işdən çıxardı?

Tarix: 05-09-2024 16:29     Baxış: 458 A- / A+
Ukrayna Prezidenti Volodimir Zelenski nazirləri işdən çıxarmasının səbəblərindən bəhs edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Kiyevdə İrlandiyanın baş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı danışıb.
"Bu gün Ukrayna Nazirlər Kabinetində vəzifədən azad edilmələr dövləti gücləndirmək üçün lazımdır. Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenilənməsi barədə danışmışam. Dörd il yarım, bəziləri isə beş il ərzində Ukrayna üçün və ukraynalılar naminə işləyən Nazirlər Kabinetinin bütün komandasına və nazirlərə çox minnətdaram", - o bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, bu gün ölkənin yeni enerjiyə ehtiyacı var.
"Bu addımlar dövlətimizin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır, beynəlxalq siyasət və diplomatiya da istisna deyil", - Zelenski qeyd edib.
Eyni zamanda prezident əlavə edib ki, nazirlərin işdən çıxarıldıqdan sonra onların konkret olaraq nə ilə məşğul olacaqlarını hələ proqnozlaşdıra bilmir: "Bunun cavabı onlara bu və ya digər vəzifələr təklif olunanda bəlli olacaq".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar