1916-cı ildə ABŞ-ın Montana ştatında hava müşahidələri tarixində ən kəskin soyuqlar qeydə alınıb.
Manevr.az xəbər verir ki, həmin vaxt qış gecələrinin birində havanın temperaturu 55,5 dərəcə aşağı düşüb. Bu hava rekordu təxminən 100 ildir ki, davam edir.
Məlumata görə, 1916-cı il yanvarın 23-dən 24-nə keçən gecə Brauninq şəhərində havanın temperaturunda rekord eniş baş verib. Qısa müddət ərzində temperatur +6,7 dərəcədən -48,8 dərəcəyə enib. O vaxtdan keçən 98,5 il ərzində dünyada heç vaxt daha şiddətli soyuqluq qeydə alınmayıb.
Bununla yanaşı, ABŞ-ın Cənubi Dakota ştatının Spearfish kəndinin sakinləri isə əks hadisə ilə üzləşiblər. Burada 1943-cü il yanvarın 22-də səhər saatlarında havanın temperaturu -20 dərəcə qeydə alınıb. Ancaq 2 dəqiqədən sonra göstərici +7,2 dərəcə olub.
Başqa sözlə, temperatur sıçrayışı 27,2 dərəcə olub. Bu, bütün hava müşahidələri tarixində ən dramatik istiləşmədir.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar