İlon Maskın beyin-maşın interfeysi şirkəti Neuralink-in ilk xəstəsi olan Noland Arbaugh, beyninə yerləşdirilən çip sayəsində gündəlik həyat bacarıqlarında böyük irəliləyişlər əldə etdiyini və universitetə qayıtmağı planlaşdırdığını bildirib.
Xarici mətbuat xəbər verir ki, 2016-cı ildə uğursuz dalğıc qəzası nəticəsində çiyinlərindən aşağı iflic olan Noland Arbaugh, yanvar ayında Neuralink implantı üçün əməliyyat olunmuşdu. Uğurlu əməliyyatdan sonra isə cihazın tam işləməsi üçün bəzi düzəlişlər edilməli olmuşdu. Ancaq indi Neuralink sayəsində Arbaugh-un həyatı kəskin şəkildə dəyişib. Arbaugh, Neuralink komandası ilə həftənin 5 günü hər gün təxminən 4 saat sərf etdiyini bildirir. Bu proses zamanı implantın funksionallığı yoxlanılır və təkmilləşdirilir. O, boş vaxtlarında bu cihazdan oxumaq, İncili incələmək və yeni dilləri öyrənmək üçün istifadə edir.
Hazırda fransız və yapon dillərini öyrəndiyini deyən Arbaugh, hər gün 3 saatını bu dilləri öyrənməyə ayırır. O, həmçinin riyaziyyatı yenidən öyrənməyə başladığını və bir gün ya dərəcəsini tamamlamaq, ya da nevrologiyada işləmək üçün kollecə qayıtmağı planlaşdırdığını söyləyib. Arbaugh-un planları təkcə təhsillə məhdudlaşmır. O, həm də yaradıcılıq layihələrini dərc etməyi, xeyriyyəçilik işinə başlamağı və bir gün ailəsi üçün ev tikməyi qarşısına məqsəd qoyub. “Bir sözlə, mən çox əylənirəm və həyatım çox qısa müddətdə çox yaxşılaşıb” deyən Arbaugh, bu təcrübəni sözlə ifadə etməyin çətin olduğunu qeyd edib. Bu hekayə, Neuralink-in potensialının və beyin-maşın interfeysi texnologiyasının insanların həyatını necə kökündən dəyişdirə biləcəyinin əsl nümunəsidir. Xəstənin yaşadığı böyük çevrilmə, gələcəkdə oxşar vəziyyətlərdə olan bir çox insan üçün ümidverici bir inkişaf olaraq görülür.lent.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar