Dələduzluqda ittiham olunan Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov əvvəllər məhkumluq həyatı yaşamadığı üçün təkrar cinayət törədənlər və zorakılıq törətməkdə ittiham olunanlarla eyni kamerada saxlanılmayacaq.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Popov təcridxanaya yerləşdirildiyi andan 10 gün ərzində ona qarşı ittiham irəli sürülməlidir.
Qeyd edilib ki, müəyyən edilmiş qaydalara uyğun olaraq, o, əvvəllər məhkum olunmuş şəxslərlə, həmçinin zorakılıqla bağlı cinayətlərdə ittiham olunanlarla eyni kameraya yerləşdirilməyəcək.
Bildirilib ki, Pavel Popov ilk vaxtlarda "Butırka" istintaq təcridxanasında karantində saxlanılacaq, bundan sonra ümumi kameraya köçürüləcək. Eyni zamanda, general mağazalardan və ya restoranlardan yemək sifariş etmək imkanına sahib olacaq, çatdırılma isə Federal Penitensiar Xidmət əməkdaşlarının nəzarəti altında həyata keçiriləcək.
Xəbər lenti
Rusiyada həbs edilən general restoranlardan yemək sifariş edə biləcək
Bundan əvvəl isə Rusiya İstintaq Komitəsi tərəfindən aşkarlanıb ki, o, Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə "Patriot" parkının hesabına tikinti-təmir işləri aparıb, eləcə də, müxtəlif maddi sərvətlərin tədarükünü təşkil edib.
2021-2024-cü illərdə "Patriot" parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Axmedov və Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına zənginləşməkdə ittiham olunur.
Qeyd edək ki, Popov "Patriot" parkındakı oğurluqda günahını etiraf etmir.oxu.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar