Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Makron altı il əvvəl Durova bunu təklif edib

Tarix: 28-08-2024 13:26     Baxış: 371 A- / A+

"Fransa Prezidenti Emmanuel Makron 2018-ci ildə teleqramın təsisçisi Pavel Durovu nahara dəvət edib və bu zaman ona şirkətin baş qərargahını Parisə köçürməyi təklif edib".
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti yayıb.
Mənbələrin sözlərinə görə, Durov sözügedən təklifdən imtina edib. Qeyd olunub ki, Makron, həmçinin biznesmenə Fransa vətəndaşlığı verilməsi məsələsini də nəzərdən keçirib. Durov isə Fransa vətəndaşlığını 2021-ci ildə alıb. 

"WSJ" yazır ki, 2017-ci ildə Fransa və Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları birgə əməliyyat zamanı P.Durovun "iPhone" markalı telefonunun məlumatlarını ələ keçiriblər. Sözügedən əməliyyata "Purple Music" kod adı verilib. 
Qəzet iddia edir ki, Fransa təhlükəsizlik xidmətinin əməkdaşları İŞİD-in döyüşçülər cəlb etmək və hücum planlaşdırmaq üçün teleqramdan istifadə etməsindən narahat olublar. "WSJ" mənbələrindən biri isə iddia edib ki, teleqram uzun illər ərzində şirkətin elektron poçt ünvanına göndərilən məhkəmə qərarlarına əhəmiyyət verməyib. 
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə saxlanılıb. Fransa məhkəməsi onun saxlanma müddətini bir neçə dəfə uzadıb.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar