Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna XİN-dən Belarusa çağırış:

Tarix: 26-08-2024 08:51     Baxış: 375 A- / A+
Belarus Ukrayna ilə sərhədində təlimlər adı altında hərbi personal, silah və texnika cəmləşdirir.

"RBC" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Belarusun Qomel vilayətində şəxsi heyət, o cümlədən ötən ildən Yevgeni Priqojinin üsyanından sonra orada yerləşdirilən Xüsusi Əməliyyat Qüvvələrinin və "Vaqner" özəl hərbi şirkətinin əsgərləri, eləcə də reaktiv atış sistemləri, hava hücumundan müdafiə sistemləri və mühəndis texnikası toplanır. XİN hesab edir ki, bu zonada keçirilən təlimlər, o cümlədən Çernobıl AES-in yaxınlığında olmasına görə təhlükə yaradır.

"Biz Belarus Respublikasının rəsmilərini Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəli səhvlərə yol verməməyə, onun silahlı qüvvələrini isə qeyri-dost hərəkətlərini dayandırmağa və qoşunları Ukraynanın dövlət sərhədindən respublikada mövcud olan atəş sistemlərinin hüdudlarını aşan məsafəyə çıxarmağa çağırırıq", - deyə məlumatda bildirilib.

XİN bildirib ki, Ukrayna Belarus xalqına qarşı heç bir qeyri-dost hərəkət etmək niyyətində deyil, lakin sərhəd pozuntusu olarsa, hərbi obyektlər və təchizat yollarını qanuni hədəf hesab edəcək. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar