Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın 5 bölgəsi hücuma məruz qaldı: Moskva meri ən böyük PUA hücumundan şikayət etdi

Tarix: 21-08-2024 09:28     Baxış: 485 A- / A+


   
Avqustun 21-nə keçən gecə Rusiyanın ən azı beş regionunda pilotsuz təyyarələr və raket hücumları qeydə alınıb.
Manevr.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin telegramda yazıb.
O qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri Rusiya paytaxtı istiqamətində uçan on düşmənin pilotsuz uçuş aparatını (PUA) vurub.
Sobyanin bu hücumu “bütün zamanların ən böyük hücumlarından biri” adlandırıb.
Bundan əlavə, PUA-lar Rusiyanın Bryansk və Tula vilayətləri üzərində də qeydə alınıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz 23 PUA-nın məhv edildiyini açıqlayıb. Tula vilayəti üzərində isə iki pilotsuz təyyarənin vurulduğu bildirilir.
Bu arada Rostov vilayətinin qubernatoru Vasili Qolubev raket hücumundan yazıb.
Bütün hallarda ruslar itki və dağıntı olmadığını iddia edirdilər.
Məlumata görə, iyulun əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi Rusiyanın üç regionunda aerodrom, neft emalı zavodu və elektrik yarımstansiyasını vurmaq üçün uğurlu əməliyyat keçirib.musavat.com 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar