Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran səfiri Almaniya XİN-ə çağırıldı

Tarix: 20-08-2024 20:29     Baxış: 365 A- / A+


İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Manevr.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya XİN-in nümayəndəsi bildirib.
“İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılır. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”, - nazirlikdən qeyd edilib.
Qurumdan əlavə olunub ki, dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir.
Qeyd edək ki, daha əvvəl İranın ədliyyə məlumatları agentliyi olan “Mizan” Almaniyanın Tehrandakı səfirliyi nəzdində fəaliyyət göstərən Alman Dili Tədqiqatları İnstitutunun ölkə qanunvericiliyinin sistematik şəkildə pozulması və maliyyə fırıldaqlarına görə İran hökumətinin qərarı ilə bağlandığını məlumat vermişdi.teleqraf.com

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar