Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada "diversant" dələ iki şəhəri işıqsız qoydu

Tarix: 20-08-2024 09:02     Baxış: 383 A- / A+
Cənubi Almaniyanın Lüdviqsburq (95 000 sakin) və Kornvesthaym (30 000 sakin) şəhərlərində 100 000-dən çox abunəçi işıqsız qalıb. Elektrik şəbəkəsinin əməkdaşları hadisənin səbəbini araşdırarkən maraqlı bir faktla üzləşiblər.

Əsas transformatorlardan birini yoxlayan elektrik şəbəkəsinin əməkdaşları orada dələ aşkar ediblər.

Məlum olub ki, dələ bir neçə naqili gəmirərək ciddi ziyan vurub. Nəticədə Lüdviqsburq və Kornvesthaym şəhərlərində elektrik enerjisi ilə yanaşı, internet və mobil rabitə də kəsilib. Yol polisi işıqforların işləmədiyi yollarda təhlükəsizliyi təmin etməkdə böyük çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, ciddi yol-nəqliyyat hadisəsi baş verməyib. Dəmir yolu vağzalının binasında da işıq olmadığı üçün sərnişinlər qatarlara qaranlıqda getmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Almaniya dələlərin geniş yayıldığı ölkələrdən biridir və onların sayı milyondan çoxdur. Son illərdə dələlərin törətdiyi "diversiyalar" nəticəsində Almaniyada bir sıra qəzalar baş verib. Mütəxəssislər bildirirlər ki, dələlər kiçik heyvanlar olsalar da, böyük ziyan vura bilərlər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar