Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Rusiyadakı azərbaycanlılara bunları qadağan etdi – ŞOK

Tarix: 14-08-2024 15:39     Baxış: 383 A- / A+

Rusiya Prezidenti Vladimir Putin “Rusiyada yaşayan xarici vətəndaşların vəziyyəti haqqında” qanunu təsdiqləyib.
Manevr.az Globalinfo.az-a isrinadən xəbər verir ki, yeni qanuna əsasən, Rusiyadakı miqrantlara ölkədə taksi, ictimai nəqliyyat idarə etmək qadağan ediləcək. Onlara həmçinin qida sektorunda işləməyə, tütün və spirtli içkilər satmağa, eləcə də məktəbəqədər təhsil müəssisələrində çalışmağa izin verilməyəcək.
Yeni qanun Rusiya vilayətlərinin rəhbərlərinə miqrantlara qarşı əlavə məhdudiyyətlərin tətbiqinə də imkan yaradacaq.
Qeyd edək ki, Rusiya son zamanlar MDB-dən olan miqrantlara qarşı qanunları sərtləşdirir. Artıq polisə deportasiya üçün geniş imkanlar verilib. Vəziyyət o həddə çatıb ki, miqrantlar ən kiçik səhvə görə də ölkədən çıxarılmaq təhdidi ilə üz-üzə qalıblar.
Xüsusilə çətin vəziyyət Orta Asiyadan olan miqrantlar üçün yaranıb. Buna görə Tacikistan və Qırğızıstandan Rusiyaya miqrant axını kəskin azalıb. Rəsmi Bişkek isə Putinin son imzaladığı qanunla bağlı Kremlə xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, qanun təsdiqlənəcəyi halda Qırğızıstan Avrasiya İttifaqındakı üzvlüyünü yenidən nəzərdən keçirəcək.
Avrasiya İttifaqına üzvlük təşkilat ölkələrinin vətəndaşlarının bir-birinin ərazisində daha asan formada iş tapmaları və yaşamaları ilə bağlı güzəştlərin tətbiqinə imkan verir. Putinin imzaladığı yeni qanun isə bu güzəştlərin bəzi sahələr üçün ləğvinə şərait yaradır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar