Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna Kurskı tutub, bu ərazilərlə dəyişəcək – Markov

Tarix: 08-08-2024 13:49     Baxış: 494 A- / A+

Kurska hücum etməklə Zelenski Putinin düsturunu pozmaq istəyir. Zelenski Kursk və Belqorod vilayətlərində Rusiya ərazilərinin bir hissəsini ələ keçirmək istəyir və bundan sonra sülh sazişləri imzalayarkən, Rusiyanın Xarkov vilayətindən və Zaporojye AES-dən çıxması müqabilində onları qaytaracaq. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin təbliğatçıları indi əsgərlərə deyirlər: sizin ələ keçirdiyiniz Kursk vilayətinin hər metrini Xarkov vilayətinin 10 metrinə dəyişəcəyik.
Manevr.az axar.az-a istinadən bildirir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov Ukrayna ordusunun Kurska hücumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu bölgədə möhkəmlənmək üçün var gücü ilə çalışacaq:
"Ukrayna Silahlı Qüvvələri gecə və səhər hücumu intensivləşdirməyə çalışacaq. Əsasən, Rılsk, Korenevo və Suca istiqamətinə hücum mümkündür. Rusiya ordusu ehtiyatları bölgəyə köçürür. İlk növbədə Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrini dayandırmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə özləri ilə çoxlu hava hücumundan müdafiə vasitələri gətiriblər.
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmaq məqsədi ilə əks-hücum hazırlayır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar