Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Avropada yolları təhlükəli olan ölkələr -SİYAHI

Tarix: 04-08-2024 12:55     Baxış: 4110 A- / A+


Avropada yolları təhlükəli ölkələr-SİYAHI
Yollarında avtomobil qəzalarında ən çox ölümlərin qeydə alındığı Avropa ölkələri açıqlanıb.
Manevr.az-ın xəbərinə görə, Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatlarına əsasən, Avropada avtomobil sürmək üçün ən təhlükəli ölkə Bolqarıstandır.
Keçən il Bolqarıstanda yol qəzalarında 526 nəfər ölüb, hər milyon nəfərə 82 ölüm düşüb. Bu, Avropa İttifaqı üzrə orta göstəricidən 79% çoxdur.

İkinci yerdə 2023-cü ildə yollarında 1545 nəfərin öldüyü, hər milyon nəfərə 81 ölümün düşdüyü Rumıniya gəlir. Bu, Avropa İttifaqının orta göstəricisindən 78% çoxdur. Üçüncü və dördüncü yerlərdə Serbiya və Latviya qərarlaşıb. Orada yollarda ölüm halları Avropa İttifaqı üzrə orta göstəricidən 66% yüksəkdir.
Ən cəlbedici tətil istiqamətləri də avtomobil sürmək üçün ən təhlükəli yerlər arasındadır. Xorvatiya ölüm nisbəti Avropa İttifaqının orta göstəricisi ilə müqayisədə 56% çox olmaqla beşinci yerdə qərarlaşıb. Yollarında qəzalarda ölüm göstəriciləri Avropa İttifaqının orta göstəricisindən 32% çox olan Portuqaliya və 31% çox olan Yunanıstan növbəti sıralardadır.
İlk onluqda İtaliya da yer alıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar