Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran bu gün yox, sabah İsraili vuracaq

Tarix: 04-08-2024 09:51     Baxış: 4117 A- / A+


 
İran silahlı qüvvələri avqustun 5-i bazar ertəsi İsrailə zərbə endirə bilər. “Axios” xəbər verir ki, İsrail və Amerika rəsmiləri bu fikirdədir. Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla Yaxın Şərqə gəlib.
Manevr.az musavat.com-a istinadla bildirir ki, onun səfəri münaqişə qızışmazdan əvvəl planlaşdırılıb, lakin o, artıq bu ilin aprelində İranın İsrailə hücumunu dəf etməyə kömək etmiş “koalisiyanı” yenidən səfərbər etmək üçün gəldiyi güman edilir.
Ehtimallara görə, Tehranın zərbəsi əvvəlki aprel ssenarisi ilə eyni olacaq, lakin bu, daha geniş miqyaslı zərbə də ola bilər. Apreldə bir neçə saat ərzində Tehran İsrailə 150-yə yaxın raket və 170-dən çox pilotsuz təyyarə atıb. Zərbə nəticəsində ölən olmayıb və İsrail hərbçiləri pilotsuz təyyarələrin və raketlərin 99%-nin tutulduğunu iddia edib. Ancaq əsas odur ki, hücum presedentə çevrildi, çünki İran, sanki, birbaşa zərbə variantını "blokdan çıxardı".
WhatsApp Image 2024-08-04 at 08.30.45 (1).jpeg (141 KB)
Yaxın gələcəkdə baş verəcəkləri müzakirə edərkən, bu mənada xatırlamaq lazımdır: iranlılar artıq zərbələr endiriblər və lazım gələrsə, yenidən və daha güclü zərbələr endirəcəklərini vəd ediblər.
Məlumatlara görə, İran komandanlığı Təl-Əviv və Hayfa yaxınlığındakı hərbi obyektlərə pilotsuz təyyarələr və raketlərlə hücum etmək imkanını nəzərdən keçirir.
Daha əvvəl “Wall Street Journal” adının açıqlanmasını istəməyən iranlı diplomata istinadən yazıb ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra müxtəlif ölkələrin İranın İsrailə qarşı qisas almasına mane olmaq cəhdləri mənasızdır. İran və Hizbullahın fikrincə, İsrailin son zərbələrinə cavab “apreldəki hücumdan daha güclü olmalıdır”.
Ekspertlərə görə, İranın indilikdə müharibə etməyə ehtiyacı yoxdur, çünki neftini satmalı, ABŞ və Aİ-nin güclü sanksiyaları şəraitində xəzinəyə pul qazanmalıdır.
WhatsApp Image 2024-08-04 at 08.30.45.jpeg (464 KB)
İsrailin də həebi əməliyyatların uzanmasına buna ehtiyacı yoxdur, çünki orada bəzi siyasətçilərin ambisiyaları naminə “sahədə” qurban verilə biləcək o qədər də böyük əhali yoxdur. 2020-ci ildə münasibətləri normallaşdırmaq üçün İsraillə müqavilə imzalayan Səudiyyə Ərəbistanının buna ehtiyacı yoxdur.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Liviyaya və Qarabağa girdikləri kimi İsrailə də girmək”lə bağlı bütün hədələrinə baxmayaraq, Türkiyənin də buna ehtiyacı yoxdur. Xatırladım: 2010-cu ildə İsrail hərbçiləri Qəzza zolağına humanitar yardım aparan türk gəmisini batırmışdı. İstanbuldan çoxlu təhdidlər gəldi, lakin bu hərəkətin real nəticəsi olmadı.
Döyüşməyə hazır olmayan Livanın da bölgədə böyük müharibəyə ehtiyacı yoxdur .

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar